YapiKredi Müraciət Forması
Region

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

Simonyan: 70 il bizə türklərlə bağlı yalan aşılayıblar

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir".

Demokrat.az erməni KİV-ə istinadən xəbər verir ki, bu fikri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammiti zamanı səsləndirib.

Ermənistanın niyə yalnız özünü gücləndirməyə diqqət yetirmək əvəzinə, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışdığı barədə suala cavab verən Simonyanın sözlərinə görə, ölkəyə güclü ordu lazımdır:

"Lakin daha dərindən baxsaq, düşünürəm ki, biz bir-birimizlə müharibə aparmağımız üçün heç bir səbəbin qalmamasını təmin etməliyik. Ümumiyyətlə, niyə türklərlə müharibə aparmalıyıq ki? Əgər onlar bizə hücum etmək qərarına gəlsələr, bizim özümüzü gücləndirməyə vaxtımız qalmayacaq. 70 il ərzində bizə aşılanan o yalan - guya Rusiyadan yapışmalıyıq, yoxsa türklər bizi udacaqlar - reallıqla heç bir əlaqəsi olmayan bir fikirdir".

O, həmçinin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, ticarətin və ortaq maraqların inkişafının sülhün əsas təzahürləri olduğunu vurğulayıb:

"Ticarət və ortaq maraqların mövcudluğu sülhün başlıca ifadələrindəndir. TRIPP bunun əla nümunəsidir və o, həm də təhlükəsizlik aspektlərini özündə ehtiva edir. Bu gün, ABŞ və İran arasında faktiki müharibə vəziyyətinin davam etdiyi bir vaxtda belə, bu layihə İran sərhədindən cəmi 15 metr aralıda həyata keçiriləcək. TRIPP-in rolunu və əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməmək heç də yaxşı nəticələnməyəcək. Bu, iqtisadi və diplomatik bir layihə, sülh üçün bir vasitədir. O, həmçinin iqtisadi təminat rolunu oynayır". (Oxu.Az)