YapiKredi Müraciət Forması
Region Özəl

Keçmiş müdafiə naziri hərbçiləri Paşinyanı devirməyə çağırdı

Keçmiş müdafiə naziri hərbçiləri Paşinyanı devirməyə çağırdı

2021-ci ilin avqustundan noyabrına qədər Ermənistanın müdafiə naziri vəzifəsində çalışmış və hazırda Rusiyada yaşayan Arşak Karapetyan özünün "Save Armenia" ("Ermənistanı xilas et") adlı YouTube kanalı vasitəsilə sərt müraciət yayımlayıb.

Demokrat.az-ın məlumatına görə, sözügedən müraciət noyabrın 5-də – Ermənistanda Hərbi Kəşfiyyat Günü qeyd olunan tarixdə lentə alınıb. Karapetyan bu fürsətdən istifadə edərək, hərbi kəşfiyyat əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib.

"Biz, kəşfiyyatçılar, Vətənimizə sonsuz sədaqətlə xidmət etmişik. Bu gün Vətənimiz erməni dövlətinin itirilməsinə gətirib çıxara biləcək ciddi sarsıntılarla üz-üzədir.

Mən sadəcə kənarda dayanıb izləyə bilməzdim. Biz həmişə Vətənimiz naminə çalışmışıq, xidmət etmişik və səy göstərmişik. Biz düşmən mühitində – kəşfiyyatçının tamamilə düşmənlərlə əhatə olunmuş, yad bir mühitdə fəaliyyət göstərməsi üçün təlim keçmişik.

Hesab edirəm ki, bu gün Ermənistandakı vəziyyət məhz belədir. Bu düşmənlər polisə, istintaq komitələrinə, prokurorluğa və Konstitusiya Məhkəməsinə nəzarət edirlər – onlar hər şeyə nəzarət edirlər", – deyə keçmiş nazir bildirib.

"Əminəm ki, bu hökuməti dinc, demokratik yollarla dəyişmək qeyri-mümkündür - hər nə qədər bunun əksini istəsəm də.

Ermənistanın Xüsusi Təyinatlı Qüvvələrinin bütün zabitlərini - bütün kəşfiyyat əməkdaşlarını, istər keçmiş, istərsə də hazırda xidmətdə olanları - bu rejimi devirmək planımızda bizə qoşulmağa çağırıram. Bu hökumət sadəcə hakimiyyətdən uzaqlaşdırılmamalı, həm də məsuliyyətə cəlb olunmalıdır!

Buna görə də, imkanı olan hər kəsdən - özünü kəşfiyyatçı hesab edən hər kəsdən - bizə qoşulmağı xahiş və tələb edirəm."

Mən bütün Ermənistan Silahlı Qüvvələrinə müraciət etmək istəyirəm - və "Silahlı Qüvvələr" dedikdə, yalnız Müdafiə Nazirliyini deyil, hərbi forma geyinən hər kəsi nəzərdə tuturam: bu xainlərə xidmət etməyə son qoyun. Bu insanlar xaindirlər. Siz and içmisiniz. Dünən bir sıra siyasi partiyalar birləşdilər. Mən də bu siyasi partiyalara qoşuluram", - deyə Arşak Karapetyan vurğulayıb.

Alparslan

Editor
Redaktor