YapiKredi Müraciət Forması
Özəl Mədəniyyət

Dünya Azərbaycanın quruculuq nümunəsini görür — Deputat

Dünya Azərbaycanın quruculuq nümunəsini görür — Deputat

"Qarabağın dirçəldilməsi, güclü ordunun qurulması, səhiyyə sistemimizin yenidən qurulması, mədəniyyətə və incəsənətə ciddi diqqət yetirilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması bütün bunlar ölkəmizi bugünkü uğurlara gətirib çıxarıb. Bu qələbədə hər kəsin payı var. Lakin bu qələbənin ən böyük qəhrəmanları şəhidlərimizdir. Onlar öz qanları ilə bu zəfəri bizə bəxş ediblər".

Demokrat.az xəbər verir ki, bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə təşkilatçılığı ilə keçirilən "Zəfər Zalı"nın açılışı və "8 Noyabr – Zəfər Günü" adlı Elektron Məlumat Bazasının təqdimat mərasimində siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu qələbənin müəllifi və memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir:

"Onun həyata keçirdiyi düzgün daxili və xarici siyasət Azərbaycanı bu tarixi zəfərə gətirib çıxarıb. Azərbaycan xalqı Vətən müharibəsində döyüşkən xalq olduğunu sübut etməklə yanaşı, qurucu xalq olduğunu da nümayiş etdirib. Bu gün işğaldan azad edilmiş ərazilərdə evlər, məktəblər, uşaq bağçaları və kitabxanalar tikilir, mədəniyyət ocaqları açılır, tarixi abidələr bərpa olunur. Dünya Azərbaycanın quruculuq nümunəsini görür.

Azərbaycan həm də öz suverenliyini qorumağa və müstəqil siyasət yürütməyə qadir olduğunu sübut edib. Bu, ölkəmizin qazandığı ən böyük qələbələrdən biridir.

Zəfər tariximizin dərindən öyrənilməsində kitabxanaların da böyük rolu var. İnanıram ki, bu cür tədbirlər və nəşrlər gələcək nəsillərin Zəfər tariximizi daha yaxından tanımasına xidmət edəcək".

Nuray Paşşanlı

Editor
Redaktor