YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Şevval Sam rol aldığı serialın çəkiliş meydançasını aktyorluq məktəbinə bənzətdi

Şevval Sam rol aldığı serialın çəkiliş meydançasını aktyorluq məktəbinə bənzətdi

Türkiyəli aktrisa və müğənni Şevval Sam "Tuzlu Kahve" serialında rol aldığı üçün özünü şanslı hesab etdiyini bildirib. O, layihənin çəkiliş meydançasında sevdiyi sənətçilərlə bir araya gəlməkdən böyük zövq aldığını söyləyib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Serialın ilk bölümlərində canlandırdığı Candan obrazının Adana ləhcəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olsa da, personaj qısa müddətdə tamaşaçıların sevimlilərindən birinə çevrilib. Candanın özünəməxsus davranışları, qolbaqları və replikaları izləyicilərin diqqətini çəkib.

Şevval Sam çəkiliş meydançasındakı atmosferdən danışarkən həmkarları ilə birlikdə işləməyin onun üçün xüsusi təcrübə olduğunu vurğulayıb:

"Keçən gün həqiqətən də Allaha çox şükür etdim. Çox sevdiyim sənətçilərlə bir aradayam, onları canlı izləyirəm və həmin hekayənin bir parçasıyam. Çox zövq alıram".

Aktrisa serialın çəkiliş prosesini bir növ aktyorluq emalatxanasına bənzədib. O bildirib ki, meydançanın hər tərəfində yeni nələrsə öyrənmək və fərqli təcrübələr qazanmaq imkanı var.

Sam layihənin qonaq aktyorları sırasında dünya şöhrətli boksçu Mayk Taysonun da yer almasına münasibət bildirib. Onun bu hadisə ilə bağlı zarafatı da diqqət çəkib:

"Kaş Hollivudda olaydım... Yox, Hollivud bizim ayağımıza gəlib!"

Qeyd edək ki, Polat Yağcının prodüserliyi ilə çəkilən "Tuzlu Kahve" serialı tanınmış aktyor heyəti və sürpriz qonaqları ilə Türkiyədə müzakirə olunan televiziya layihələrindən biridir.