YapiKredi Müraciət Forması
Dünya

Türkiyə Məkkə sazişini ratifikasiya edib

Türkiyə Məkkə sazişini ratifikasiya edib

Türkiyə parlamenti Ankara, İslamabad və Ər-Riyad arasında imzalanmış Məkkə sazişini ratifikasiya edib.

Demokrat.az xəbər verir ki, sənəd üç ölkə tərəfindən avqustun əvvəlində imzalanıb və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Razılaşmaya əsasən, tərəflər birgə hərbi təlimlər keçirəcək, kəşfiyyat məlumatları mübadiləsi aparacaq, həmçinin hərbi texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

Qeyd edək ki, Məkkə sazişi İran müharibəsi, eləcə də Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında qarşıdurma fonunda imzalanıb.

Editor
Redaktor