YapiKredi Müraciət Forması
Dünya Özəl

Türkiyənin ən əsəbi şəhəri açıqlandı - İstanbul ilk üçlükdə deyil

Türkiyənin ən əsəbi şəhəri açıqlandı - İstanbul ilk üçlükdə deyil

Türkiyədə şəhərlərin asayiş və yol hərəkəti göstəriciləri əsasında aparılan süni intellekt təhlilinin nəticələri açıqlanıb. Araşdırmaya görə, ölkənin ən əsəbi şəhəri Aydın olub. İstanbul isə gözlənilmədən ilk üçlükdən kənarda qalaraq səkkizinci yerdə qərarlaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Sözcü" yazıb.

Məlumata görə, təhlil Türkiyə Statistika Qurumunun (TÜİK) 2025-ci il üzrə asayiş və yol hərəkəti məlumatları, eləcə də müstəqil sahə araşdırmaları əsasında hazırlanıb. Süni intellekt modelləri vasitəsilə aparılan qiymətləndirmədə hadisələrin ümumi sayı deyil, əhali sayına nisbətdə qeydə alınan hüquqpozmaların və gərginlik hallarının sıxlığı əsas götürülüb.

Siyahının ilk pilləsində Aydın qərarlaşıb. İlk beşlikdə bu şəhəri Ankara, İzmir, Antalya və Dənizli izləyir. İlk onluqda isə Çorum, Kilis, İstanbul, Aksaray və Uşak da yer alıb.

Araşdırmada böyük şəhərlərdə stress və gərginliyi artıran əsas amillər kimi nəqliyyat sıxlığı, həddindən artıq izdiham və yaşayış xərclərinin yüksəlməsi göstərilib. Bu amillərin xüsusilə İstanbul və Ankarada gündəlik həyatın çətinləşməsinə təsir etdiyi qeyd olunub.

Təhlildə istifadə edilən məlumatlar arasında TÜİK-in cinayət və yol-nəqliyyat hadisələri statistikası ilə yanaşı, müstəqil sahə araşdırmalarının nəticələri də yer alıb. Bununla belə, siyahı şəhər sakinlərinin emosional vəziyyətinin birbaşa ölçülməsi deyil, mövcud statistik göstəricilər əsasında aparılmış qiymətləndirmədir.