YapiKredi Müraciət Forması
Dünya Özəl

Fransa bankına 118 milyon avroluq kiberhücum – Hesablar boşaldıldı

Fransa bankına 118 milyon avroluq kiberhücum – Hesablar boşaldıldı

Fransanın aparıcı banklarından biri olan "Credit Mutuel Arkea" kiberhücumun hədəfinə çevrilib. İlkin məlumatlara görə, bankın sistemlərinə müdaxilə nəticəsində təxminən 118 milyon avro vəsait qanunsuz yollarla başqa hesablara köçürülüb.

Demokrat.az xəbər verir ki, hücum bankın xidmət aldığı şirkətlərdən birinin platforması üzərindən həyata keçirilib. Qanunsuz köçürmələrdən sonra ələ keçirilən vəsaitin kriptovalyutaya çevrildiyi bildirilir.

Hadisə ilə bağlı Paris Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb. Hücumu həyata keçirən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Fransız mediası dəymiş ziyanın 118 milyon avroya çatdığını yazır.

"Credit Mutuel Arkea" isə kiberhücumun nəzarət altına alındığını açıqlayıb. Bankın məlumatına görə, köçürülən vəsaitin bir hissəsinin bloklanmasına nail olunub, müştərilərin hesabları isə hadisədən zərər görməyib.

Hazırda oğurlanmış vəsaitin qalan hissəsinin geri qaytarılması istiqamətində işlər davam etdirilir. Bank hücumun bütün təfərrüatları və məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparıldığını bildirib.