Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya barəsində həbs qərarı çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, sabiq nazir kapital bazarları haqqında qanunvericiliyi pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinir.
Prokurorluqda 2 saat 15 dəqiqə davam edən dindirilmədən sonra hakim qarşısına çıxarılan Kaya barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə onun həyat yoldaşı İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş rəhbəri İbrahim Ömər Gönül də şübhəli şəxs qismində cəlb olunublar. Onların barəsində isə həbsdən kənar qətimkan tədbirləri müəyyən edilib və ölkədən çıxışlarına qadağa qoyulub.
Qeyd edək ki, Fatma Betül Sayan Kaya 2016-2018-ci illərdə Türkiyənin ailə və sosial siyasət naziri vəzifəsini tutub.


