YapiKredi Müraciət Forması
Dünya

Xameneinin məktubu Putinə çatdırıldı

Xameneinin məktubu Putinə çatdırıldı

İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi İslam Respublikasının ali lideri Müctəba Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Telekanalın yaydığı açıqlamada Möhsün Rezayinin ali liderin məktubunu Rusiya prezidentinə çatdırdığı bildirilib.

Məktubun məzmunu və hansı məsələləri əhatə etdiyi barədə hələlik hər hansı məlumat açıqlanmayıb.

NE
Nihadə Eyyubova