YapiKredi Müraciət Forması
Dünya

Zelenski Aİ-yə üzvlüklə bağlı planı açıqladı

Zelenski Aİ-yə üzvlüklə bağlı planı açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüş keçirib.

Demokrat.az xəbər verir ki, görüşdə Ukraynanın Avropaya inteqrasiya prosesi müzakirə olunub.

Zelenski bütün danışıqlar klasterlərinin bağlanmasını planlaşdırdıqlarını, gələn il isə danışıqlar bölmələrinin bağlanması prosesinə başlayaraq Avropa İttifaqına üzvlük istiqamətində irəliləməyi hədəflədiklərini bildirib.

Tərəflər, həmçinin Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlığı və Zelenskinin ötən gün ABŞ tərəfi ilə apardığı müzakirələri müzakirə ediblər.

NE
Nihadə Eyyubova