YapiKredi Müraciət Forması
Region

Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)

Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda baş verən silahlı hücum nəticəsində doqquz nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Demokrat.az xəbər verir ki, məlumata görə, qurbanların meyitləri rayonun Kıyır kəndi yaxınlığında üç nəqliyyat vasitəsinin içərisində aşkarlanıb.

Hadisə ilə bağlı ilkin məlumatlarda Ayazini və Kıyır kəndləri ərazisində iki avtomobildə beş nəfərin meyitinin tapıldığı bildirilirdi. Sonradan aparılan araşdırmalar nəticəsində ölənlərin sayının doqquza çatdığı açıqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotosu yayılıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin istintaq tədbirləri nəticəsində öldürülən şəxslərin tüfəngdən açılan atəşlə qətlə yetirildiyi məlum olub. Şübhəlinin hadisədən sonra qırmızı rəngli avtomobillə ərazidən qaçdığı bildirilir.

Şübhəlinin tutulması məqsədilə ətraf kəndlərə aparan yollar jandarm qüvvələri tərəfindən nəzarətə götürülüb və bağlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə genişmiqyaslı axtarış əməliyyatı aparırlar.

Bununla yanaşı, hadisə qurbanlarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
Türkiyədə silahlı hücum: Doqquz nəfər öldürülüb (FOTOLAR)
1 / 6

NE
Nihadə Eyyubova