Türkiyəli futbol mütəxəssisi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan səkkiz illik evliliklərinin pərdəarxası ilə bağlı səmimi açıqlamalar verib. O, münasibətlərindəki mübahisələrin və qarşılıqlı inadlaşmaların da müəyyən mənada ailə həyatına rəng qatdığını bildirib.
Demokrat.az xəbər verir ki, Aslıhan Doğan Turan bu barədə "A Para Eğlence" kanalının proqramında danışıb.
2018-ci ildə ailə quran və iki övladları olan cütlüyün münasibətlərindən söz açan Aslıhan əvvəlki ayrılıq dövrlərinin onlara bir-birlərinin dəyərini daha yaxşı anlamağa kömək etdiyini deyib.
"Biz ayrı qaldığımız vaxt bir-birimizin qədrini daha çox bilirdik", – deyə o bildirib.
Aslıhan Doğan Turan münasibətlərdə həddindən artıq sakitliyin hər zaman yaxşı olmadığını düşünür. O, Arda Turanla yaşadığı maraqlı hadisələrdən birini də bölüşüb. Belə ki, bir dəfə həyat yoldaşının evə daxil olmasına mane olub və binanın mühafizəsinə zəng edərək onun içəri buraxılmamasını istəyib.
"Qapını açmırdım. Binanın mühafizəsinə zəng edib demişdim ki, Arda içəri girə bilməz. Belə olmasaydı, bəlkə də münasibətimiz evliliyə qədər gəlib çıxmazdı. Hər şeyin bu qədər sakit olması yaxşı deyil, ara-sıra mübahisə də olmalıdır", – deyə o qeyd edib.
İki övladının dünyaya gəlməsindən sonra ailə münasibətlərinin daha da möhkəmləndiyini vurğulayan Aslıhan hazırkı həyatından razı olduğunu bildirib.
"Çox şükür, huzurlu və xoşbəxt bir evim var", – deyə o əlavə edib.


