"Türkiyədəki proseslərə baxanda bəzi ekspertlərin, doğru və düzgün analizlər apardıqlarının, bəzi ekspertlərin isə təəssüf ki, yanlış mövqe ortaya qoyduqlarının şahidi oluruq".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Türkiyəli jurnalistdən etiraf: "Azərbaycan Atatürkə hörmət naminə Zəfər Gününü dəyişdi"
"Əsl Türkiyə ziyalısı Azərbaycanın qiymətini bilir" - Aydın Mirzəzadə
Bakı ilə münasibətlərimizi görün kimə görə pozuruq – Yılmaz Özdil faktlar açdı
O bildirib ki, bu gün sözügedən məsələ ilə bağlı iki istiqamətdə yanaşma müşahidə edirik:
"Türkiyə cəmiyyətində də təəssüf ki, proseslərə münasibətdə bu iki fərqli yanaşmanın şahidi oluruq. Normal düşüncəli, ağıllı insanlar məsələyə çox yaxşı reaksiya verir, əməkdaşlığımızın önəmini vurğulayırlar. Amma təəssüf ki, yanlış mövqelərini davam etdirən müəyyən kütlələr də var. Biz bu xətti açıq-aydın görür və müşahidə edirik.
Hesab edirəm ki, bu gün türkiyəli jurnalist Yılmaz Özdilin dediklərində ciddi həqiqət var və həmin həqiqətlər Türkiyə tərəfindən, eləcə də Türkiyədəki mütəxəssislər tərəfindən nəzərə alınmalıdır. Onlar anlamalıdırlar ki, münasibətlərimizi düzgün istiqamətdə inkişaf etdirməliyik və doğru mövqe sərgiləməliyik. Yanaşmalarımız, düşüncələrimiz və baxışlarımız sağlam olmalıdır. Əməkdaşlığımız, birliyimiz və həmrəyliyimiz güclənməlidir. Hər kəs yanlış addımlardan və yanlış yoldan uzaq olmalıdır. Məhz bu mənada Türkiyə Azərbaycanı itirməməli, baş verənlərdən nəticə çıxarmalı və Azərbaycana qarşı hücumlara son qoyulmalıdır".
Qeyd edək ki, Türkiyəli jurnalist Yılmaz Özdil Azərbaycan-Türkiyə münasibətlərinin milli maraqlar üzərindən qurulmalı olduğunu bildirib. O, bəzi dairələrin müxtəlif müzakirələrin bəhanəsi ilə iki ölkənin arasını vurmağa çalışdığını söyləyib. Yılmaz Özdil Fələstin rəhbərliyinin Türkiyə əleyhinə addımlarını xatırladaraq Azərbaycanın İsraillə strateji tərəfdaşlığını dəstəkləyib. Onun sözlərinə görə, İsrail silahları Vətən müharibəsində Bakının qələbəsində mühüm rol oynayıb. Jurnalist İlham Əliyevin Zəfər Gününü 8 noyabra dəyişməsini Atatürkə verilən böyük hörmət kimi qiymətləndirib.


