YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Keçmişdən gələnlər, yeni eşq və karyera fürsətləri - 4 bürcə müjdə

Keçmişdən gələnlər, yeni eşq və karyera fürsətləri - 4 bürcə müjdə

Astroloqlar noyabr ayında dörd bürcün nümayəndələri üçün həyatın müxtəlif sahələrində ciddi dəyişikliklərin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu dövr xüsusilə sevgi, karyera və maliyyə məsələlərində dönüş nöqtəsinə çevrilə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri "YourTango"ya istinadən məlumat yayıb.

Astroloq Emi Demurun fikrincə, Veneranın retroqrad hərəkətinin ən gərgin mərhələsi noyabrın 13-dək davam edəcək. Bu müddətdə bəzi insanlar keçmişdə yarımçıq qalan məsələləri həll etmək, köhnə münasibətlərə yenidən nəzər salmaq və yeni imkanlar əldə etmək şansı qazanacaqlar.

Tərəzi

Tərəziləri son illərin ən mühüm dəyişikliklərindən biri gözləyə bilər. Astroloqun sözlərinə görə, bu bürcün nümayəndələri sevgi, maliyyə və karyera sahəsində uğurlarına mane olan problemlərdən tədricən xilas olacaqlar. Keçmişdən bir insanın yenidən onların həyatına qayıtması da mümkündür. Bu zaman yarımçıq qalmış münasibətlər və ifadə olunmamış hisslər gündəmə gələ bilər.

Oğlaq

Oğlaqlar üçün əsas dəyişikliklər karyera sahəsində gözlənilir. Uzun müddət zəhmət çəkib qarşılığında layiqli qiymət almayanlar nəhayət, əməyinin nəticəsini görə bilərlər. Yeni iş imkanları, peşəkar yüksəliş və maddi vəziyyətin yaxşılaşması ehtimalı var. Həmçinin əvvəllər həlli çətin görünən problemlər öz həllini tapa bilər.

Buğa

Buğaların şəxsi həyatında yeniliklər yaşana bilər. Astroloq hesab edir ki, bu bürcün nümayəndələri uzun müddətdir onlara məyusluq yaşadan münasibət ssenarilərindən uzaqlaşacaqlar. Dostlardan birinin hisslərini etiraf etməsi və ya gizli pərəstişkarın ciddi niyyətlərlə ortaya çıxması mümkündür. Münasibətdə olan Buğalar isə birlikdə gələcəkləri ilə bağlı mühüm qərarlar verə bilərlər.

Qoç

Son vaxtlar özünəinamını itirən və çətinliklər qarşısında aciz hiss edən Qoçlar üçün də dəyişiklik dövrü başlaya bilər. Astroloqun proqnozuna görə, onların sevgi, maliyyə və karyera sahəsində yeni imkanlarla qarşılaşmaq ehtimalı var. Bəzi Qoçlar yeni münasibətə başlaya, digərləri isə uzun müddətdir arzuladıqları işlə məşğul olmaq fürsəti əldə edə bilərlər.

Jalə