"30 il əmək stajı olan vətəndaşla 15 il əmək stajı olan şəxs arasında pensiya ödənişlərində, təbii ki, fərq var. Çünki mövcud qaydalara əsasən, 25 və daha çox il əmək stajı olan vətəndaşların əmək pensiyası almaq hüququ yaranır. 15 il əmək stajı olan vətəndaşlar isə əmək pensiyası deyil, yaşa görə sosial müavinət alırlar. Bu baxımdan, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuş, lakin tələb olunan stajı tamamlaya bilməmiş şəxslərin pensiya təminatı məsələsi xüsusi diqqət tələb edir.
Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olmalıdır. Yəni pensiya hüququnun yaranması yalnız şəxsin neçə il işləməsi ilə deyil, onun fərdi hesabında toplanmış pensiya kapitalı ilə də əlaqəlidir. Bu iki şərtdən biri ödənildiyi halda, şəxs əmək pensiyası almaq hüququ əldə edə bilər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bəzi vətəndaşların 25 ilə yaxın əmək stajı var:
"Bu baxımdan, onlara diferensial yanaşmanın tətbiqi və xüsusilə əmək pensiyası almaq hüququnun yaranması üçün müvafiq imkanların nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Eləcə də nəzərə alsaq ki, hazırda digər digər mühüm məqamlardan mühüm məqamlardan biri məhz amnistiyanın olmasıdır. Əgər vətəndaşımızın 2018-ci ilin iyulun 1-nə qədər hətta 1 manat pensiya kapitalı varsa, avtomatik olaraq il staj illərinin əhəmiyyətli hissəsi hədiyyə olunur. Hətta bu ilin yanvar ayına qədər 25 il tam hədiyyə olunurdu. Ona görə də 2018-ci ilin yanvarın 1-nə qədər hətta 1 manat belə pensiya kapitalı olan vətəndaşlarımız vətəndaşlarımız bir neçə il hətta 25 il deyil, bir neçə il iş stajına malikdirsə, yenə də həmin vətəndaşlarımız əmək pensiyası almaq hüququna malikdir və onlara əmək pensiyası təyinatı həyata keçirilir".


