YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Kartof və yumurta ilə hazırlanan doyumlu salat – Sadə və ləzzətli resept

Kartof və yumurta ilə hazırlanan doyumlu salat – Sadə və ləzzətli resept

Axşam yeməyi hazırlamaq üçün çox vaxt sərf etmək istəməyənlər kartof və yumurta ilə hazırlanan sadə salata üstünlük verə bilərlər. Əlçatan ərzaqlardan hazırlanan bu yemək həm doyumludur, həm də xüsusi kulinariya bacarığı tələb etmir.

Demokrat.az xəbər verir ki, resepti UNIAN nəşri təqdim edib.

Lazım olan ərzaqlar:

- 400 qram kartof;
- 4 ədəd yumurta;
- 1 ədəd soğan;
- Yarım dəstə yaşıl soğan və ya adi soğan;
- Bir neçə budaq şüyüd;
- Bir neçə budaq cəfəri;
- 3 xörək qaşığı təbii qatıq;
- 2 xörək qaşığı mayonez;
- 2 çay qaşığı xardal;
- Yarım çay qaşığı üyüdülmüş istiot;
- Yarım çay qaşığı şirin paprika;
- Zövqə görə duz.

Hazırlanma qaydası

Əvvəlcə kartofları qabıqlı halda yaxşıca yuyun və suda bişirin. Hazır olduqdan sonra qabıqlarını soyub kub formasında doğrayın. Yumurtaları bərk qaynadın, qabığını təmizləyərək xırda doğrayın və kartofun üzərinə əlavə edin.

Soğanı, şüyüdü və cəfərini xırdalayıb digər ərzaqlarla qarışdırın.

Sousu hazırlamaq üçün ayrıca qabda təbii qatıq, mayonez və xardalı birləşdirin. Üzərinə duz, istiot və paprika əlavə edərək qarışdırın. Hazırladığınız sousu salata töküb inqrediyentləri əzməməyə çalışaraq ehtiyatla qarışdırın.

Salatı soyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz. Bu müddət ərzində sous ərzaqlara hopur və yeməyin dadı daha yaxşı formalaşır.

Jalə