YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Tezliklə 3 bürcün eşq həyatında müsbət dəyişikliklər gözlənilir

Tezliklə 3 bürcün eşq həyatında müsbət dəyişikliklər gözlənilir

Noyabrın ilk günləri bəzi bürclər üçün sevgi və münasibətlər baxımından ümidverici yeniliklərlə yadda qala bilər. Son vaxtlar münasibətlərində çətinlik yaşayan, hisslərini ifadə etməkdə tərəddüd edən və ya yeni tanışlığa ümid bəsləyənlər üçün əlverişli imkanlar yarana bilər.

Demokrat.az xəbər verir ki, "YourTango" nəşrində dərc olunan astroloq Ruby Mirandanın şərhinə əsasən, noyabrın 2-dən etibarən Qız, Əqrəb və Dolça bürclərinin eşq həyatında müsbət dəyişikliklər baş verə bilər.

Astroloji şərhlərdə Yupiterin irəli hərəkətinin münasibətlərdə yeni fürsətlərə, emosional yaxınlaşmaya və daha cəsarətli addımlara şərait yaratdığı bildirilir. Bu təsirlərin həm yeni münasibətlərin başlanmasına, həm də mövcud əlaqələrin möhkəmlənməsinə səbəb ola biləcəyi qeyd olunur.

Qız

Qız bürcləri üçün noyabrın ilk günləri sevgi həyatında yeni ümidlər yarada bilər. Hisslərini açıq ifadə etməkdə çətinlik çəkən və münasibətinin gələcəyi ilə bağlı tərəddüd yaşayanlar hadisələrə fərqli yanaşmağa başlaya bilərlər.

"YourTango"nun şərhinə görə, subay Qızlar yeni biri ilə tanış ola, münasibətdə olanlar isə tərəfdaşları ilə emosional bağlarını gücləndirə bilərlər. Gələcəklə bağlı daha müsbət söhbətlərin aparılması da istisna edilmir.

Əqrəb

Əqrəblər keçmişdə yaşadıqları məyusluqlara görə yeni münasibətlərə ehtiyatla yanaşa bilərlər. Lakin noyabrın ilk günlərində bu bürcün nümayəndələrinin sevgiyə daha açıq olacağı ehtimal edilir.

Astroloji proqnoza əsasən, münasibətdə olan Əqrəblər tərəfdaşları ilə aralarındakı etimadı möhkəmləndirməyə, əvvəlki problemləri geridə qoymağa çalışacaqlar. Subaylar isə yeni tanışlıqlara daha müsbət yanaşa bilərlər.

Dolça

Dolçaları da eşq həyatında maraqlı yeniliklər gözləyə bilər. Azadlığına və şəxsi məkanına önəm verən bu bürcün nümayəndələri münasibətdə özlərini itirmədən də kiməsə yaxınlaşmağın mümkün olduğunu görə bilərlər.

"YourTango"nun məlumatına görə, subay Dolçalar onları olduğu kimi qəbul edən biri ilə tanış ola və ya uzun müddətdir tanıdıqları şəxsə qarşı fərqli hisslər keçirə bilərlər. Münasibəti olanlar üçün isə tərəfdaşla daha güclü emosional bağ qurmaq imkanı yarana bilər.

Jalə