YapiKredi Müraciət Forması
Daxili siyasət

Yeni ombudsman bu gün seçiləcək

Yeni ombudsman bu gün seçiləcək

Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün seçiləcək.

Demokrat.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, bu vəzifəyə Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayev namizəddir.

Məlumat üçün bildirək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkil seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.