Ermənistanın Baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.
Demokrat.az xəbər verir ki, bu barədə Milli.Az Ermənistan mediasına istinadən məlumat yayıb.
Bildirilib ki, Paşinyan Brüsseldə "Avropanın gələcəyi" şüarı altında keçiriləcək "Avropa İttifaqının genişlənməsi üzrə Sammit 2026"da iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.
Məlumatı Paşinyanın mətbuat katibi Melaniya Arutyunyan təsdiqləyib.


