YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Keçmiş "Fatih" danışdı: "Bu ləqəb mənə yapışmadı"

Keçmiş Fatih danışdı: Bu ləqəb mənə yapışmadı

"Kızılcık Şerbeti" serialında dörd mövsüm Fatih Ünal obrazını canlandıran aktyor Doğukan Güngör yeni layihəsi "Haysiyet"in təqdimatında jurnalistlərin suallarını cavablandırıb.

Demokrat.az xəbər verir ki, jurnalistlər aktyordan serialdakı roluna görə qazandığı "Evlərdən iraq kürəkən" ləqəbinin hələ də onunla əlaqələndirilib-əlaqələndirilmədiyini soruşublar. Aktyor gülərək, "Yapışmadığını gördüz" cavabını verib.

Bildirək ki, Güngör əvvəlki və yeni obrazları arasındakı fərqdən də danışıb. O bildirib ki, Fatih varlı və eqoist, hazırda canlandırdığı Mehmet isə dürüst, sevgisinə və ailəsinə sadiq insandır.

Aktyor əsgərlik xidmətindən sonra 23 kiloqram arıqladığını da açıqlayıb. Geyim tərzinin müğənni Tarkanla müqayisə edilməsinə münasibət bildirən Güngör onun əvəzolunmaz sənətkar olduğunu deyib:

"Tarkan bizim üçün əvəzolunmazdır, heç kim onun kimi ola bilməz".

Qeyd edək ki, Doğukan Güngör ötən ilin yanvarında "Kızılcık Şerbeti" serialının aktyor heyətindən ayrılıb.

Jalə