YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Bu, ölülərin, şeytanın bayramıdır"

Bu, ölülərin, şeytanın bayramıdır

"Azərbaycanlılığı itirmişik, indi onu axtarıram. tapan olsa, mənə xəbər eləsin"

Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə ölkədə Hellouin bayramının qeyri-adi tərzdə keçirilməsi barədə danışarkən deyib.

O bildirib ki, uşaqların beyni ağ kağız kimidir, onlara nə aşılansa, beyinlərinə onu həkk edəcəklər.

"Milli dəyərlər, adət-ənənələr, böyüyə hörmət, kiçiyə qayğı, özümüzə məxsus bayramlar... Bunları itirmişik. Bir var insanın canı üstündə olsun, ona süni nəfəs verəsən, dərman verəsən, yenidən özünə gəlsin. Bir də var ki, artıq ölüb, onu həyata qaytarmaq mümkün deyil.

Çox təəssüf edirəm, bu gənclər, bu uşaqlar gələcəyin qatilləridir.


Çin maşınlarındakı bu funksiyanı qoşmağın cəriməsi var - Xəbərdarlıq (VİDEO)
İranla sərhəddə insident - Atəş açıldı (FOTO)
Bakıda hər küçədə var: Qiyməti "od tutub yanır" - Açıqlama


Bu, ölülərin bayramıdır, Şeytan bayramıdır. Biz uşaqlarımıza psixoloji olaraq nəyi aşılamaq istəyirik? Gələcəkdə bu uşaqların bəziləri, hətta bir çoxu valideynlərinin, bacı-qardaşlarının, qohum-əqrəbasının, bütövlükdə cəmiyyətin qatillərinə çevrilə bilərlər. Mən belə bir ehtimaldan narahatam. Çünki burada qandan, ölümdən, zombi obrazlarından söhbət gedir. Uşaqların beyni ağ kağız kimidir. Onlara nəyi aşılasaq, beyinlərinə də onu həkk edəcəklər.

Bəlkə fikrimi düzgün ifadə edə bilmirəm? O səbəbdən gələcəkdən qorxuram. Bilirsiniz, bu, Amerikada ola bilər. Artıq onlar buna öyrəşiblər, belə şeyləri adət halına gətiriblər. Terror və digər bu kimi hadisələr də onların cəmiyyətində baş verir. Amma bizim Şərq ölkəmizdə bu, qəbul edilə bilməz. Bizim düşüncə tərzimiz, dünyagörüşümüz Şərq düşüncəsidir. Biz çox şeyi nəticəsini düşünmədən edirik, bunun sonunun nə ilə bitəcəyini fikirləşmirik.

O üzdən valideynlərə səslənirəm: Siz nə etmək istəyirsiniz? Bu, əyləncə deyil. Bəlkə düşünürlər ki, yaşlanmışam, fikirlərim də köhnəlib. Xeyr, mənim beynim də yerindədir, ağlım da yerindədir, ədəb-ərkanım da yerindədir. Mənim içimdə də bir gənclik var, yaş sadəcə rəqəmdir.

Dünyagörüşümə gəlincə, mən bütün dünyanı gəzmişəm. Dünyanın müxtəlif ölkələrində olmuşam, onların adət-ənənələrini, dəyərlərini, milli xüsusiyyətlərini tanıyıram. Amma Azərbaycanda son zamanlar baş verənlərə görə şokdayam. Əvvəllər təəccüblənirdim, indi isə artıq şoka düşürəm. Biz nə etmək istəyirik? Məqsəd nədir? Niyə axı? Axı niyə?

O uşaqlar, balaca-balaca qızlar və oğlanlar zombi paltarları geyinirlər, qorxulu obrazlarda görünürlər. Bu, yaxşı bir şey deyil, bu, korun əlinə bıçaq vermək kimi bir şeydir".

Nuray Paşşanlı