Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Vaqif Fətullayev FHN-in Aran Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vaqif Fətullayev bundan əvvəl Sumqayıt Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. O, 44 günlük Vətən müharibəsi zamanı da hərbi qulluqçularımızla çiyin-çiyinə dayanaraq Vətənə xidmət nümunəsi göstərib.
Polkovnikin Sumqayıt Regional Mərkəzindən Aran Regional Mərkəzinə təyin olunması onun idarəçilik qabiliyyətindən, peşəkarlığından və zəngin təcrübəsindən ölkəmizin digər bölgələrində də səmərəli istifadə olunacağına, eləcə də indiyədək göstərdiyi fəaliyyətə verilən yüksək dəyərə işarədir.


