YapiKredi Müraciət Forması
Dünya Maraqlı

Sevgilisi üçün gül oğurladı, həbs edildi

Sevgilisi üçün gül oğurladı, həbs edildi

Rusiyada maraqlı oğurluq hadisəsi baş verib. 12 ildir birlikdə yaşadığı sevgilisinə gül buketi almaq istəyən kişi 30 güldən ibarət buketi oğurladığı üçün həbs edilib.

Demokrat.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.

Hadisə oktyabrın 28-də saat 14:28 radələrində, Sankt-Peterburqda baş verib. Yevgeni Fokin Aleksandr Şibayevlə birlikdə ümumi dəyəri 7,5 min rubl olan 30 güldən ibarət buketi mağazadan oğurlayıb. Daha sonra hər iki şəxs hadisə yerindən uzaqlaşıb.

Oktyabrın 30-da saxlanılan Fokinə qarşı oğurluq ittihamı irəli sürülüb və o, dekabrın 29-dək həbsdə saxlanılacaq.

Fokin ilkin istintaq zamanı ifadəsində buketi 12 ildir birlikdə yaşadığı sevgilisinə hədiyyə etmək məqsədilə oğurladığını bildirib. Lakin polis əməkdaşları onu küçədə saxladığı üçün hədiyyəni təqdim edə bilməyib.

İsmayıl

Editor
Redaktor