YapiKredi Müraciət Forması
Şou-biznes

"Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər"

Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər

Müğənni Əbdül Xalid qadın ifaçıların səhnə geyimləri ilə bağlı fikirlərini bölüşüb.

Demokrat.az xəbər verir ki, sənətçi bəzi xanım həmkarlarının toy məclislərində seçdiyi geyimləri tənqid edərək bu məsələdə sərhədlərə diqqət yetirməyin vacibliyini vurğulayıb.

O, canlı efirdə danışarkən bəzi ifaçıların toy səhnəsi ilə klub səhnəsini eyniləşdirdiyini deyib. Əbdül Xalid hətta geyiminə görə məclisdə xoşagəlməz hadisə yaşayan xanım sənətçilərin də olduğunu iddia edib:

"Bəzi xanım ifaçıların geyimləri o qədər bərbad olur ki, toyu klubla səhv salırlar. Elə hallar görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər".

Müğənninin sözlərinə görə, bəzi ifaçılar toy məclisindən sonra eyni geyimlə başqa məkanlara da getməyi düşündüyü üçün belə edirlər. Lakin onun fikrincə, hər tədbirin öz geyim qaydası və ab-havası var.

Əbdül Xalid ailə məclislərində də geyim seçiminə diqqət yetirilməli olduğunu bildirib. O, bəzi ifaçıların səhnə obrazının qonaqlarda narazılıq yaratdığını söyləyib.