YapiKredi Müraciət Forması
İdman Özəl

Osimhen "Qalatasaray"da Hagi və İkardinin rekordlarına göz dikdi

Osimhen Qalatasarayda Hagi və İkardinin rekordlarına göz dikdi

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen möhtəşəm çıxışını davam etdirir. "Fənərbağça" ilə derbidə vurduğu iki qolla komandasına qələbə qazandıran forvard "Konyaspor"la görüşdə də fərqlənərək yeni hədəflər müəyyənləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri yazıb.

Son qolla Türkiyə Super Liqasında hesabını 9-a çatdıran 27 yaşlı futbolçu keçirdiyi 8 matçda eyni sayda qol vuraraq bombardirlər siyahısında liderliyə yüksəlib. Osimhen Çempionlar Liqası da daxil olmaqla, bu mövsüm 10 rəsmi oyunda 10 dəfə fərqlənib.

Nigeriyalı hücumçu derbidəki qolları ilə "Qalatasaray"ın keçmiş futbolçusu Milan Baroşu geridə qoyaraq klub tarixində Super Liqada ən çox qol vuran üçüncü əcnəbi oyunçu olub. "Konyaspor"la matçda isə sarı-qırmızılı forma ilə liqadakı 50-ci qolunu vurub.

Osimhenin növbəti hədəfi klubun əfsanələri Qeorqe Haci və Mauro İkardinin rekordlarıdır. Rumıniyalı Haci Super Liqada 59 qolla "Qalatasaray"ın ən məhsuldar əcnəbi futbolçuları sırasında ikinci yerdədir. Osimhenin onu yaxalaması üçün daha 9, geridə qoyması üçün isə 10 qol vurması lazımdır.

Siyahının zirvəsində isə 65 qolla Mauro İkardi qərarlaşıb. Osimhen argentinalı hücumçunun göstəricisinə çatmaq üçün daha 15, rekordu yeniləmək üçün isə 16 qol vurmalıdır.

Jalə