YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Gülşah Saraçoğlunun moda evi möhürləndi – İşçilərdən şikayətlər

Gülşah Saraçoğlunun moda evi möhürləndi – İşçilərdən şikayətlər

Türkiyəli modelyer Gülşah Saraçoğlu bu dəfə işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı iddialarla gündəmə gəlib. Onun yanında çalışdıqlarını bildirən üç nəfər maaş, artıq iş saatları və sosial sığorta ödənişləri ilə bağlı şikayət edib. Hadisələrdən sonra modelyerin moda evinin möhürləndiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Şikayətçilərdən biri olan sürücü Fırat Bayat təxminən beş ay Saraçoğlunun yanında işlədiyini, lakin bu müddətin yalnız bir ayında rəsmi qaydada sığortalandığını iddia edib. O, aylıq 90 min lirə maaş aldığını, amma sığorta ödənişlərinin minimum əməkhaqqı əsasında aparıldığını bildirib. Bayat əlavə olaraq artıq iş saatlarına görə ödənişlərin tam verilmədiyini, məzuniyyət və təzminat hüquqlarının təmin olunmadığını, iş zamanı psixoloji təzyiqlə üzləşdiyini də irəli sürüb.

Digər keçmiş əməkdaş Seyhan Sözer isə işdən ayrılarkən maaşını almaq üçün gözlədildiyini, daha sonra işə gəlmədiyi iddiası ilə ona xəbərdarlıq göndərildiyini söyləyib. Onun sözlərinə görə, işdənçıxma və xəbərdarlıq təzminatları, eləcə də artıq iş saatlarına görə ödənişlər də verilməyib.

Hayriye Çimşir adlı daha bir şəxs isə iyul ayında başladığı işdə təxminən üç ay sığortasız çalışdığını iddia edib. Sentyabrda işdən ayrıldığını bildirən Çimşir də artıq iş saatlarına görə ödənişlərin və digər qanuni haqlarının ödənilmədiyini deyib.

Məlumata görə, üç əməkdaş iddiaları ilə bağlı Türkiyənin Sosial Təminat Qurumuna (SGK) müraciət edib. Şikayətlərdən sonra Saraçoğlunun moda evinin möhürləndiyi bildirilsə də, iddialarla bağlı rəsmi araşdırmanın nəticəsi və modelyerin mövqeyi hələ açıqlanmayıb.

Jalə