Noyabrın 2-dən 8-dək olan həftədə üç bürcün nümayəndələri üçün yeni imkanların yaranacağı, uzun müddətdir gözlədikləri xəbərləri ala biləcəkləri iddia olunur. Astroloji proqnoza əsasən, Balıqlar, Dolça və Oxatan bürcləri bu dövrdə özlərini daha şanslı hiss edə bilərlər.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşrinin həftəlik ulduz falında qeyd olunub.
Proqnoza görə, noyabrın 4-də Merkuri ilə Günəşin Əqrəb bürcündə birləşməsi, noyabrın 7-də isə Ayın retrograd Venera ilə Tərəzi bürcündə qovuşması astroloji baxımdan diqqət çəkən hadisələr olacaq. Bu tarixlərin yeni perspektivləri görmək və gələcəklə bağlı qərarlar vermək üçün əlverişli olduğu irəli sürülür.
Balıqlar
Balıqlar üçün gözlənilməz fürsətlərin yarana biləcəyi bildirilir. Noyabrın 4-də Merkuri ilə Günəşin birləşməsi bu bürcün nümayəndələrinə yaxşı xəbərlər gətirə və əvvəllər əlçatmaz görünən planları yenidən gündəmə çıxara bilər.
Proqnozda qeyd olunur ki, bəzi Balıqlar artıq ümidlərini itirdikləri məsələlərdə müsbət dəyişikliklərlə qarşılaşa bilərlər. Xüsusilə telefon zənglərinə, məktublara və mesajlara diqqət yetirmək tövsiyə olunur. Gözlənilən təklif və ya xəbər məhz bu kanallar vasitəsilə gələ bilər.
Dolça
Dolçalar üçün qarşıdakı həftənin əsas mövzusu şəxsi istəklərə və həyatın zövq verən tərəflərinə daha çox vaxt ayırmaq olacaq.
Noyabrın 7-də Ay və retrograd Veneranın Tərəzi bürcündə qovuşmasının bu bürcün nümayəndələrini münasibətlər, arzular və gələcək planları barədə düşünməyə sövq edəcəyi bildirilir. Astroloji şərhə görə, Dolçalar uğuru yalnız karyera və maddi qazanc baxımından qiymətləndirməməli, sevgi və şəxsi xoşbəxtliyə də önəm verməlidirlər.
Oxatan
Oxatanlar üçün isə düşüncələri konkret addımlara çevirmək vaxtı çatır. Noyabrın 4-də baş verəcək astroloji hadisənin uzun müddətdir həllini gözləyən məsələlərə yeni baxış qazandıracağı və irəliləmək üçün imkan yaradacağı proqnozlaşdırılır.
Bu bürcün nümayəndələrinin həyat tərzində dəyişiklik etmək, yeni məşğuliyyətə başlamaq və ya səyahətə çıxmaq imkanı əldə edə biləcəyi qeyd olunur. Bunun üçün keçmişdə yaşanan uğursuzluqları və narahatlıqları geridə qoymaq, əvvəlki təcrübədən nəticə çıxararaq irəliyə baxmaq tövsiyə edilir.
Jalə


