YapiKredi Müraciət Forması
Texnologiya Özəl

200 avrodan ucuz ən yaxşı 4 smartfon - Ekspertlərin seçimləri

200 avrodan ucuz ən yaxşı 4 smartfon - Ekspertlərin seçimləri

2026-cı ildə büdcə telefonları arasında da güclü batareyası, keyfiyyətli ekranı və uzunmüddətli proqram dəstəyi ilə seçilən modellər tapmaq mümkündür.

Denokrat.az xəbər verir ki, "GSMArena" nəşrinin ekspertləri qiyməti 200 avroya qədər olan dörd smartfonu fərqləndiriblər.

Reytinqdə "Samsung", "Xiaomi" "və Motorola" markalarının modelləri yer alıb.

Samsung Galaxy A17 5G

Ekspertlərin ən yaxşı büdcə smartfonu seçdiyi Galaxy A17 5G keyfiyyətli əsas və ön kameraları, yüksək parlaqlığa malik AMOLED ekranı ilə fərqlənir. Cihazın batareyası bir günlük istifadə üçün nəzərdə tutulub. Gorilla Glass Victus+ qoruyucu şüşəsi və IP68 standartı da modelin üstünlükləri sırasındadır. "Samsung" bu telefona altı böyük Android yeniləməsi vəd edir. Əsas çatışmazlıqları isə yavaş enerji yığması və zəif ultra-genişbucaqlı kameradır.

Xiaomi Redmi 17 4G

Bu model 120 Hz ekranı, stereo dinamikləri və NFC dəstəyi ilə seçilir. 7500 milliamper/saat tutumlu batareya və 45 vatt sürətli enerji yığma funksiyası da telefonun əsas üstünlüklərindəndir. Bununla belə, cihazda 4K formatında video çəkmək mümkün deyil.

Xiaomi Redmi 17C

"Redmi 17C 50" meqapiksellik əsas kamera, 120 Hz yenilənmə tezliyinə malik böyük ekran və 6000 milliamper/saatlıq batareya ilə təchiz olunub. Modelin davamlılığı da üstün cəhətlərindən biri kimi göstərilir. Lakin 6,9 düymlük ekranın təsvir ölçüsü 1640×720 piksel olduğundan görüntü keyfiyyəti bəzi istifadəçilərin gözləntilərini qarşılamaya bilər.

Motorola Moto G15 Power

Uzun batareya ömrünə üstünlük verənlər üçün "Moto G15 Power" alternativ hesab olunur. Telefon 6000 milliamper/saatlıq batareya, Full HD+ ekran, stereo dinamiklər və NFC dəstəyi ilə təchiz edilib. Bununla belə, ekspertlər modelin performansını zəif tərəfi kimi qeyd edirlər.

Nəşrin qiymətləndirməsinə görə, büdcə seqmentində seçim edərkən yalnız qiymətə deyil, ekranın keyfiyyətinə, batareyanın tutumuna, kameraya və proqram təminatının nə qədər müddət yenilənəcəyinə də diqqət yetirmək lazımdır.

Jalə