"Xiaomi 15T" modeli 2026-cı ildə münasib qiymətə keyfiyyətli kamera təqdim edən Android smartfonları arasında ekspertlərin diqqətini çəkib. CHIP nəşrinin qiymətləndirməsinə görə, cihaz güclü kamera sistemi, parlaq ekranı və yüksək məhsuldarlığı ilə seçilir. Smartfonun qiyməti 429 avrodan başlayır.
Demokrat.az xəbər verir ki, a"Xiaomi 15T" Leica optikası ilə təchiz edilmiş üçlü əsas kameraya malikdir. Sistemə optik görüntü sabitləşdirməsi olan 50 meqapiksellik əsas sensor, 12 meqapiksellik ultra genişbucaqlı kamera və ikiqat optik yaxınlaşdırma imkanı verən 50 meqapiksellik teleobyektiv daxildir. CHIP sınaqlarında kameranın qiyməti 1,6 bal, smartfonun ümumi göstəricisi isə 1,5 bal olub. Nəşrin qiymətləndirmə sistemində aşağı bal daha yaxşı nəticə deməkdir.
Cihaz fotoşəkillərdə detalları və rəngləri dəqiq əks etdirməsi ilə fərqlənir. İstifadəçilər Leica-nın "Vibrant" və "Authentic" rəng profilləri arasında seçim edə bilərlər. 32 meqapiksellik ön kamera isə selfi və videozənglər üçün nəzərdə tutulub.
Smartfon 2772×1280 piksel təsvir ölçüsünə və 120 Hz yenilənmə tezliyinə malik 6,8 düymlük OLED ekranla təchiz edilib. "Dimensity 8400-Ultra" prosessoru gündəlik işlər və tələbkar oyunlar üçün kifayət qədər performans təqdim edir.
CHIP-in sınağına əsasən, batareya 16,5 saata qədər işləyə bilir. 67 Vt gücündə naqilli enerji yığma texnologiyası sayəsində cihazı təxminən 54 dəqiqəyə tam doldurmaq mümkündür.
"Xiaomi 15T" həmçinin 5G, eSIM, NFC və Wi-Fi 6E dəstəyinə, stereo dinamiklərə, IP68 standartı üzrə suya və toza davamlılığa malikdir. İstehsalçı 2031-ci ilədək təhlükəsizlik yeniləmələrinin təqdim olunacağını vəd edir.
Jalə


