"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur.
Bu barədə Demokrat.az-a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib.
Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır.
İddialara görə, buna səbəb iş adamının səhhətində qəfil problemin yaranmasıdır.
Məsələ ilə bağlı "Sədərək" ticarət mərkəzindən Demokrat.az-a bildirilib ki, Yusif Qədimbəyli hazırda işinin başındadır, səhhətində isə hər hansı problem yoxdur.
Fuad


