YapiKredi Müraciət Forması
Özəl Avto

Azərbaycan üçün ən dözümlü maşın modelləri — "Mercedes" deyil...

Azərbaycan üçün ən dözümlü maşın modelləri — Mercedes deyil...

Azərbaycanda avtomobil alarkən sürücülər yalnız maşının qiymətinə və görünüşünə deyil, onun etibarlılığına, yanacaq sərfiyyatına və təmir xərclərinə də diqqət yetirirlər. Bəzi avtomobillər uzun illər ciddi nasazlıq olmadan istifadə edilə bildiyi halda, digərləri tez-tez ustaya müraciət etməyə və əlavə xərc çəkməyə səbəb olur.

Bəs Azərbaycanda hansı avtomobillər uzunömürlülüyü ilə seçilir, hansı model və mühərriklərdən uzaq durmaq məsləhətdir?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, əvvəllər Azərbaycanda uzunömürlü və dözümlü avtomobillər dedikdə, əsasən, Almaniya istehsalı olan Mercedes-Benz modelləri, müəyyən qədər isə BMW avtomobilləri ön plana çıxırdı.

Azərbaycan üçün ən dözümlü maşın modelləri — Mercedes deyil...

Onun sözlərinə görə, ekoloji tələblər və yeni texnologiyalar səbəbindən Mercedes-Benz avtomobillərində də əvvəlki mühərrik və transmissiya keyfiyyəti artıq qalmayıb:

"Avro-7 kimi ekoloji standartlar atmosferə atılan tullantıların miqdarının azaldılmasını tələb edir. Bu isə istehsalçıların işini çətinləşdirir. Çünki avtomobilin çəkisin əhəmiyyətli dərəcədə dəyişmək mümkün deyil və istehsalçılar bir sıra məhdudiyyətləri nəzərə almaqla tullantıları minimuma endirməyə çalışırlar.
B

u gün nə Mercedes-Benz, nə BMW, nə də başqa markalar haqqında əvvəlki uzunömürlülüyə malik olduqlarını əminliklə deyə bilərik.

Vaxtilə bu avtomobillər uzunömürlü mühərrikləri və yüksək dözümlülüyü ilə seçilirdi. Həmin dövr artıq arxada qalıb. Nisbətən yaxın dövrə nəzər salsaq, bir vaxtlar taksi sektorunda geniş istifadə olunan Toyota Prius modellərini nümunə göstərə bilərik. Texniki baxımdan bu avtomobillər ən dözümlü modellərdən biri idi.

İllərlə ağır istismar şəraitində istifadə olunmalarına baxmayaraq, hələ də yollarda hərəkət edirlər və nisbətən az xərc tələb edirlər. Bu avtomobillərin transmissiyaları və hibrid mühərrikləri özünü yaxşı tərəfdən göstərib.

Lakin avtomobil parkı və tələblər dəyişir. Məsələn, bu gün xaricdən gətirilən avtomobillərin yaşına dair məhdudiyyətlər mövcuddur. Buna görə də əvvəlki kimi etibarlı modelləri tapmaq çətinləşir. Alıcılar elektrikli və hibrid avtomobillərə də nəzər salmalı olurlar. Ancaq onların da müxtəlif versiyaları var.

Məsələn, Toyota Prius modellərində istifadə olunan planetar quruluşlu CVT transmissiyalı avtomobillər düzgün qulluq edildikdə uzun müddət işləyə bilər. Prius-un 50-ci nəsil kuzovlu və daha yeni modelləri də mövcuddur. Təbii ki, alıcıların seçimləri fərqlidir və bəziləri daha fərqli dizayna üstünlük verirlər.

Bu gün avtomobilləri yalnız marka və model üzrə qiymətləndirmək düzgün deyil. İlk növbədə, benzin, dizel, hibrid, qoşulan hibrid (plug-in hibrid) və elektrikli avtomobilləri ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır. Bu kateqoriyaların hər birində müəyyən seçimlər etmək mümkündür.

Əvvəllər avtomobil istehsalçıları arasında keyfiyyət uğrunda rəqabət gedirdi. Təəssüf ki, bu gün yanaşma dəyişib. İstehsalçılar müştəriləri öz markalarına bağlamağa çalışırlar.

Avtomobil getdikcə smartfona bənzəyir. İnsanlar onu alır, beş-yeddi il istifadə edir, sonra isə yenisi ilə əvəz etməyi düşünürlər. Çünki avtomobilin bazar dəyəri zaman keçdikcə xeyli azalır, eyni zamanda daha yeni texnologiyalara malik modellər bazara çıxır.

Artıq insanlar avtomobil alarkən onu 20 il istifadə etmək üçün deyil, bir neçə ildən sonra daha yeni modellə əvəzləmək üçün də seçim edirlər".