Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.
Demokrat.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.
Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:
"Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur", - dedi.
"Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?" deyə soruşdum.
"Bəli, elə görünür", – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:
"Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur".
Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.


