Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
Demokrat.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.
Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
09:11
Xətai rayonu, Əhmədli qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən mübahisə ilə bağlı polis hərəkətə keçib.
Demokrat.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
09:04
Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.
Demokrat.az xəbər verir ki, Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, "Ceyhun Sabunçu" kimi tanınır.



