YapiKredi Müraciət Forması
Dünya Hadisə Özəl

Türkiyədə partlayış — Ölənlər var

Türkiyədə partlayış — Ölənlər var

Türkiyənin Zonquldağ vilayətində yerləşən kömür mədənində metan qazının partlaması nəticəsində iki işçi həyatını itirib, beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Demokrat.az xəbər verir ki, hadisə Zonquldağın Kilimli rayonuna bağlı Gelik qəsəbəsində fəaliyyət göstərən özəl mədən ocağında baş verib.

Türkiyə mətbuatının məlumatına görə, mədəndə baş verən partlayışdan sonra xəsarət alan işçilər xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisənin səbəbləri və partlayışın başvermə şəraiti ilə bağlı əlavə məlumat verilməyib.

Jalə