YapiKredi Müraciət Forması
Dünya Özəl

Trampı tənqid edən qadın həbs edildi

Trampı tənqid edən qadın həbs edildi

ABŞ prezidenti Donald Trampı sosial mediada tənqid edən qadın həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə oktyabrın 23-də ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirib ki, 36 yaşlı Meqan Loren Utz adlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşdığı üçün Alabama ştatında həbs olunub.

"ABŞ-ın Alabama ştatının Kortland şəhərindən olan 36 yaşlı Meqan Loren Utz ABŞ Prezidentini təhdid etməkdə və bunu ştat sərhədləri arasında ötürməkdə ittiham olunur. Belə ki, Meqan Loren Utz oktyabrın 5-i tarixində özünün feysbuk səhifəsində Donald Trampın Tuskalusada futbol oyununa planlaşdırılan səfəri ilə bağlı təhdidlər yağdıran paylaşım edib. Paylaşımın ertəsi günü Meqan Loren Utz ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Florensiya polisi əməkdaşları tərəfindən tapılaraq, həbs edilib", - deyə rəsmi açıqlamada qeyd olunur.

ABŞ-ın departament prokuroru Filip Uilyams isə bildirib ki, indiki şəraitdə prezident Donald Trampın həyatına dəfələrlə sui-qəsd cəhdləri edilib, ona görə də bu cür təhdidlərə dərhal cavab veriləcək.


Kənan