YapiKredi Müraciət Forması
Şou-biznes

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Türkiyəli aktyor Kadir İnanırın vəsiyyəti ailəsində mübahisələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, mərhum sənətçinin əmlakının həyat yoldaşı Jülide Kurala qalacağı ilə bağlı məlumatlar yayıldıqdan sonra ailə daxilində narazılıq yaranıb. Aktyorun bacısı oğlu Levent İnanır vəsiyyətnaməyə qarşı hüquqi addım atacağını bildirib.

Məsələ ilə bağlı indiyədək susqunluğunu qoruyan Jülide Kural da açıqlama verib. O, aktyorun vəfatından cəmi dörd ay keçdiyini xatırladaraq, onun xatirəsinə və həyat boyu müdafiə etdiyi dəyərlərə hörmətlə yanaşmağa çağırıb.

Jülide Kural bildirib ki, Kadir İnanırın adına, əməyinə, iradəsinə və şərəfinə hörmət etmək yalnız vəfa deyil, həm də insani, əxlaqi və vicdani məsuliyyətdir. Onun fikrincə, aktyorun həyat prinsiplərinə və sənət fəaliyyətinə ehtiram bütün mübahisələrdən üstün tutulmalıdır.

Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Məlumata görə, aktyor 2022-ci ildə notariusda rəsmiləşdirdiyi sənədlə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət edib. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.