Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib.
Demokrat.az baku.ws-ə istinadən xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib.
Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutub.
Həmin görüntüləri təqdim edirik:


