2026-cı il oktyabrın 23-dən noyabrın 21-dək davam edəcək Əqrəb mövsümünün bəzi bürclər üçün münasibətləri qaydaya salmaq, maliyyə vəziyyətini yaxşılaşdırmaq və yeni imkanlar qazanmaq baxımından əlverişli olacağı iddia edilir.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri məlumat yayıb.
Astroloji proqnoza görə, dövrün başlanğıcında Merkuri və Veneranın retrograd hərəkəti səbəbindən müəyyən çətinliklər yarana bilər. Noyabrın 13-dən sonra isə vəziyyətin tədricən yaxşılaşacağı, köhnə münaqişələrin həllinin və yeni qərarların qəbulunun asanlaşacağı bildirilir.
Əqrəb
Əqrəblər üçün bu dövr özünəinamın bərpası və uzun müddətdir həllini gözləyən məsələlərin aydınlaşması ilə yadda qala bilər. İş həyatında yeni inkişaf imkanlarının yaranacağı, şəxsi münasibətlərdə və ortaq maliyyə məsələlərində mühüm qərarların verilə biləcəyi proqnozlaşdırılır.
Buğa
Buğaları münasibətlər sahəsində müsbət dəyişikliklər gözləyə bilər. Astroloji şərhə əsasən, noyabrın ortalarından etibarən yaxınlarla anlaşmaq, mübahisələri aradan qaldırmaq və keçmiş problemləri geridə qoymaq asanlaşacaq. Subay Buğalar üçün yeni tanışlıqlar da gündəmə gələ bilər.
Qoç
Qoçlar üçün maliyyə məsələlərinin aydınlaşacağı və maddi vəziyyəti yaxşılaşdırmaq üçün yeni imkanların yaranacağı ehtimal edilir. Şəxsi həyatda isə münasibətlərin istiləşməsi, qarşılıqlı anlaşmanın güclənməsi və yeni romantik tanışlıqların baş verməsi proqnozlaşdırılır.
Əkizlər
Əkizlər əvvəlki dövrdə yaranmış anlaşılmazlıqları aradan qaldırmaq və yarımçıq qalmış söhbətləri tamamlamaq imkanı əldə edə bilərlər. Dəyişikliklərin həm iş, həm də şəxsi həyata təsir edəcəyi, yeni ideyaların və ünsiyyət imkanlarının artacağı bildirilir.
Qız
Qız bürcündən olanlar üçün bu dövr daxili rahatlığın bərpası və yeni perspektivlərin yaranması ilə əlaqələndirilir. Maliyyə sahəsində gəlirin artması və ya vəzifə yüksəlişi ilə bağlı təkliflərin ortaya çıxması mümkündür. Bundan başqa, yaradıcı layihələrə başlamaq və şəxsi inkişaf üçün əlverişli şəraitin yaranacağı iddia edilir.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz metodu deyil. Bürclərlə bağlı şərhlər əyləncə xarakteri daşıyır və gələcək hadisələrin etibarlı göstəricisi hesab olunmur.
Jalə


