YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Arıqlayan kimi ilk işi ərindən boşanmaq oldu — FOTOLAR

Arıqlayan kimi ilk işi ərindən boşanmaq oldu — FOTOLAR

Hollivudun tanınmış aktrisa və komediyaçılarından biri olan Emi Şumer arıqlama iynələrinin köməyi ilə çəki atdıqdan sonra şəxsi həyatında da mühüm qərar verərək həyat yoldaşından ayrılıb. Fiziki görünüşündəki dəyişikliklə diqqət çəkən Şumer arıqlama prosesinin gözəllik qayğısından deyil, yaşadığı ciddi sağlamlıq problemlərindən qaynaqlandığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, kino və televiziya dünyasında son dövrlər tez-tez müzakirə olunan arıqlama iynələri məşhurların fiziki görünüşündə yaratdığı dəyişikliklərlə gündəmdə qalır. Bu üsula müraciət edən şəxslərdən biri də ABŞ-lı komediyaçı və aktrisa Emi Şumer olub.

Karyerası boyunca qadınlara təlqin edilən gözəllik standartlarını tənqid edən Şumer uzun illər öz bədəni ilə barışıq olduğunu bildirib. Lakin aktrisanın son dövrlərdə arıqlaması və görünüşünün dəyişməsi diqqət çəkib.

Arıqlama iynələrinin köməyi ilə çəki itirən Şumer fiziki görünüşündəki dəyişiklikdən sonra şəxsi həyatında da mühüm qərar qəbul edib. Aktrisanın həyat yoldaşından ayrılması onun yaşadığı dəyişikliklərlə birlikdə yenidən gündəmə gəlib. Bununla belə, Şumerin boşanma qərarının arıqlaması ilə əlaqəli olduğuna dair təsdiqlənmiş açıqlama yoxdur.

Arıqlama prosesinin arxasında sağlamlıq problemlərinin dayandığını bildirən Şumerə Kuşinq sindromu diaqnozu qoyulduğunu açıqlayıb.

Aktrisa arıqlamaq qərarının yalnız xarici görünüşünü dəyişmək məqsədi daşımadığını vurğulayaraq deyib:

"Bunu cazibədar görünmək üçün etmədim. Hərçənd bu, xoş və müvəqqəti hissdir. Mən bunu tamamilə həyatda qala bilmək üçün etdim".

1 / 5