YapiKredi Müraciət Forması
Region

Liposaksiya zamanı faciə: 46 yaşlı qadın həyatını itirdi

Liposaksiya zamanı faciə: 46 yaşlı qadın həyatını itirdi

Türkiyənin İstanbul şəhərində estetik əməliyyat zamanı ölüm hadisəsi baş verib. 46 yaşlı Tuğba Onur liposaksiya proseduru zamanı dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, qadının həyat yoldaşı Murat Onur əməliyyatın düzgün aparılmadığını iddia edərək xəstəxana və məsul şəxslərdən şikayət edib.

O, əməliyyatdan əvvəl həyat yoldaşının həkim tərəfindən müayinə olunmadığını bildirib. İddialara əsasən, prosedurdan təxminən bir saat sonra qadının ürəyi dayanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Murat Onur həyat yoldaşının əvvəllər heç bir sağlamlıq problemindən əziyyət çəkmədiyini qeyd edərək hadisənin hərtərəfli araşdırılmasını və məsul şəxslərin müəyyənləşdirilməsini istəyib.