YapiKredi Müraciət Forması
Region

Türkiyənin MKE şirkəti yeni lüləli antidron zenit sistemini sınaqdan keçirib - VİDEO

Türkiyənin MKE şirkəti yeni lüləli antidron zenit sistemini sınaqdan keçirib - VİDEO

MKE şirkəti TOLGA adı verdiyi 20 mm-lik qoşa lüləli iri çaplı pulemyot sistemini bir neçə platformada təqdim edib.

Demokrat.az xəbər verir ki, istər quru, istərsə də dəniz platformalarında rahatlıqla istifadə edilə biləcək sistem həm hava, hə də yerüstü hədəfləri məhv etmək üçün ideal sistem kimi qiymətləndirilir.

TOLGA dəqiqədə ümumilliklə 3200 atış sürəti ilə fövqəladə atəş gücü təmin edərək, hava və dəniz təhdidlərinə qarşı mübarizə aparmağa tam hazırdır.

Dron əleyhinə qəlpəli sursatlarla təchiz edilmiş bu yerli silah sistemi, kamikadze PUA-ları və dronları 1000 metr effektiv məsafədən hədəf ala bilir. Dünyadakı analoji sistemlərdən 3 dəfə daha yüksək atış sürətinə malik olan bu sistem, atəş gücü və performansı ilə fərqlənir.

Davamlı və yüksək intensivlikli atəş gücü nümayiş etdirən MKE TOLGA-nın 20 mm-lik qoşa lüləli revolver tipli silah sistemi, Polatlıdakı atış poliqonunda keçirilən "Ateş Serbest 2026" təlimi zamanı hədəf dronunu cəmi bir neçə saniyə ərzində uğurla zərərsizləşdirib.

Alparslan