Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdə yerləşən tarixi malikanəsi 24,75 milyon dollara satılıb.
Əvvəl yayılan məlumatların əksinə olaraq, əmlakı müğənni Madonna almayıb. Bu barədə Colinin daşınmaz əmlak agenti məlumat verib.
Los-Ancelesin Los Feliz bölgəsində yerləşən malikanə vaxtilə əfsanəvi rejissor Sesil B. DeMillin evi olub. Tarixi əmlak Hollivud memarlığı, zərif dizaynı və yaşıllıqlarla əhatələnmiş bağları ilə seçilir.
Altı yataq otağı və 10 vanna otağı olan malikanənin ərazisində qonaq evi və şəxsi hovuz da var.
Əmlakın yeni sahibinin kimliyi isə məxfi saxlanılır.
Qeyd edək ki, təqdim olunan fotolar malikanənin süni intellekt vasitəsilə yaradılmış təsvirləridir.
Colinin 25 milyonluq malikanəsi satıldı - FOTOLAR


