Üz təmizləyiciləri gündəlik dəriyə qulluq vasitələrinin əsas hissəsini təşkil edir. Lakin dəri tipinə uyğun olmayan məhsulların istifadəsi qızartı, quruluq və qıcıqlanma kimi problemlərə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, məhsul seçərkən onun tərkibinə, istifadə qaydasına və dərinin xüsusiyyətlərinə diqqət yetirmək tövsiyə olunur. Xüsusilə həssas dəriyə sahib olan şəxslər bəzi ətirli maddələrə və güclü təmizləyici komponentlərə qarşı reaksiya verə bilərlər.
Dəriyə uyğun olmayan vasitələrin tez-tez istifadəsi mövcud problemləri daha da ağırlaşdıra bilər. Buna görə də üz təmizləyicisi seçərkən dəri tipini nəzərə almaq, yeni məhsulu isə ehtiyatla sınaqdan keçirmək vacibdir.


