Makaron hazırlayarkən onun dadına və teksturasına təsir edən əsas məqamlardan biri bişirilmə üsuludur. İtalyan mətbəxində makaronun azca diri qalması ilə seçilən "al dente" üsuluna üstünlük verilir.
Demokrat.az xəbər verir ki, makaron bişdikdən sonra suyun bir hissəsini saxlamaq sousun hazırlanmasında faydalı ola bilər. Tərkibində nişasta olan bu su sousun makaronla daha yaxşı qarışmasına və onun daha qatı konsistensiya almasına kömək edir.
Makaronun həddindən artıq bişirilməsi isə onun formasının və teksturasının dəyişməsinə səbəb ola bilər. Buna görə də bişirmə müddətinə diqqət yetirmək və makaronu seçilən növün təlimatlarına uyğun hazırlamaq tövsiyə olunur.


