YapiKredi Müraciət Forması
Sosial

Narahat valideynlərin 5 xüsusiyyəti: Həyəcan və qorxular uşaqlara da təsir edə bilər

Narahat valideynlərin 5 xüsusiyyəti: Həyəcan və qorxular uşaqlara da təsir edə bilər

Valideynlərin övladlarının gələcəyi, sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməsi təbiidir. Lakin bu narahatlıq həddindən artıq olduqda ailədaxili münasibətlərə və uşaqların emosional vəziyyətinə təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, daim narahat olan valideynlər övladlarının gələcəyi, dünyada baş verən dəyişikliklər və öz valideynlik bacarıqları barədə çox düşünə bilərlər. Bəzən bu narahatlıqlar gündəlik qərarlara da təsir edir.

Valideynlərin davranışları uşaqların dünyanı necə qavramasına təsirsiz ötüşmür. Uşaq böyüklərin hadisələrə reaksiyalarını müşahidə edərək təhlükə və problemlərə münasibət formalaşdıra bilər. Bu səbəbdən valideynlərin öz narahatlıqlarını idarə etməsi və uşaqlarla ünsiyyətdə daha sakit yanaşma sərgiləməsi əhəmiyyətlidir.

Narahatlığın uşaqlara təsiri hər ailədə eyni olmur. Uşağın fərdi xüsusiyyətləri, ailə mühiti və valideynlərin davranışları bu prosesdə rol oynayır.

FH
Fidan Hacızadə
Müxbir