YapiKredi Müraciət Forması
Hadisə

Ağcabədidə mikroavtobusla "Niva" toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə mikroavtobusla Niva toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Belə ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

NE
Nihadə Eyyubova