YapiKredi Müraciət Forması
Dünya

Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"

Trampdan Makrona sərt xəbərdarlıq: Fransanı məhv edirsən

ABŞ Prezidenti Donald Tramp Fransanın miqrasiya siyasətini tənqid edərək, bu siyasətin ölkəni məhv edə biləcəyini bildirib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

ABŞ Prezidenti Fransa lideri Emmanuel Makronu həyata keçirdiyi miqrasiya siyasətinin mümkün nəticələri barədə xəbərdar etdiyini deyib.

"Vəzifəyə yeni başlayanda Makronla kifayət qədər tez görüşdüm. Ona dedim: "Sən Fransanı məhv edirsən. Ölkənizə nifrət edən insanları qəbul edirsiniz", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Fransaya gələn miqrantlar bu ölkəyə, onun mədəniyyətinə və əhalisinə qarşı mənfi münasibət bəsləyirlər.

"Onlar Fransanın incəsənətinə nifrət edirlər. Binalarına nifrət edirlər. Fransada hər şeyə nifrət edirlər. İnsanlara nifrət edirlər, amma onların ölkəyə gəlməsinə icazə verilir", - deyə ABŞ lideri qeyd edib.

Tramp İspaniya və İtaliya da daxil olmaqla, digər Avropa ölkələrindəki miqrasiya vəziyyətini də tənqid edib. O bildirib ki, miqrantların kütləvi axını həmin ölkələrin əhalisi arasında narazılığa səbəb olur.

NE
Nihadə Eyyubova