YapiKredi Müraciət Forması
Hadisə

Sumqayıtda beş avtomobil toqquşdu

Sumqayıtda beş avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, "BMW", iki "Toyota", "Hyundai" və "Chery" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər beş avtomobilə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır. (Report)

B
Qeyd edilməyib