YapiKredi Müraciət Forması
Dünya

AKP-nin keçmiş deputatı həbs edildi

AKP-nin keçmiş deputatı həbs edildi

İstanbul Respublika Baş Prokurorluğunun maliyyə fondu ilə bağlı apardığı istintaq çərçivəsində Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) keçmiş deputatı və baş nazirin keçmiş müşaviri Ertan Aydın barəsində tutulma qərarı verilib.

Demokrat.az xəbər verir ki, prokurorluq daha əvvəl Aydın barəsində ev dustaqlığı və ölkədən çıxış qadağası şəklində tətbiq edilən məhkəmə nəzarəti tədbirlərinə etiraz edib. Etirazı araşdıran məhkəmə onun barəsində tutulma qərarı çıxarıb.

Kapital bazarlarında aparılan əməliyyatlarla bağlı istintaq sentyabr ayından etibarən sürətlənib.

İstintaq çərçivəsində çoxsaylı şəxslər barəsində saxlanılma və həbs qərarları verilib, həmçinin onların əmlaklarına həbs qoyulması tədbirləri tətbiq edilib.

B
Qeyd edilməyib