Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb.
Yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşlar üçün nə ifadə etdiyini aydın dillə izah etməkdir.
Saytda Azərbaycan iqtisadiyyatındakı son hadisələr, sahibkarlıq, bank sektoru, investisiya, turizm və maliyyə bazarları ilə bağlı yeniliklər işıqlandırılacaq. Dünya iqtisadiyyatının gündəmi, beynəlxalq şirkətlərin qərarları və qlobal bazarlardakı dəyişikliklər də gündəlik təqdim olunacaq.
Yeni media layihəsi sahibkarlar, investorlar və iqtisadi gündəmi izləyən hər kəs üçün faydalı informasiya mənbəyi olmağı hədəfləyir.
Oxucular xəbərləri https://1business.media/ saytından izləyə, həmçinin TikTok, Facebook və Instagram-da 1business.media səhifələrinə qoşula bilərlər.
Demokrat.az Media Qrupu yeni layihəyə uğurlar diləyir.



